Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kral Çarlz və Kamillanın övladı olduğunu iddia edən adam: Simon Dorante-Day

19 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kraliça Elizabethin ölümündən sonra dedi-qodular səngimək bilmir.

Kral Çarlz və həyat yoldaşı Kamilla münasibətləri boyu medianın və ictimaiyyətin diqqət mərkəzində olub. Cütlüyün övladı olması ilə bağlı şayiələr hər zaman dolaşıb.

İndi isə Avstraliyalı Simon Dorante adlı şəxs kral Çarlz və Kamillanın övladı olduğunu və bütün bu illər ərzində onun ictimaiyyətdən gizli saxlandığını açıqlayıb.

Səkkiz aylıq olarkən övladlığa götürüldüyünü deyən Simon, bu iddianı onu böyüdən ögey anasının ölməzdən əvvəl ona söylədiyi şok sözlərə görə etdiyini bildirib.

Anasının Kraliçanın keçmiş işçisi olduğunu qeyd edən Simon daha əvvəl də kraliçaya məktub yazdığını, bu məsələni hüquqi yolla həll etmək istədiyini, lakin heç bir nəticə əldə edə bilmədiyini deyir.

Simon bundan əlavə Çarlz və Kamilla ilə DNT testi etmək istədiyini dilə gətirib.

Oxşar xəbərlər
OTACI