Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cüdo millimizin dünya çempionatı üçün heyəti açıqlandı

19 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

6-13 oktyabr 2022-ci ildə Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında Dünya çempionatı keçiriləcək. 

Press.az xəbər verir ki, beynəlxalq səviyyədə bu ilin cüdo üzrə ən mötəbər yarışı olan bu çempionatda Azərbaycanı 11 idmançı təmsil edəcək. Mundiala ümumilikdə 80-dən çox ölkədən 500-dən çox idmançı qatılacaq.

Cüdoçularımıza performans direktor Mark van der Ham, kişilərdən ibarət milli yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət milli yığmanın baş məşqçisi Rəşad Məmmədov, böyük məşqçilər Mövlud Mirəliyev, Elçin İsmayılov və Mehman Əzizov, böyük performans analitik Zaur Babayev rəhbərlik edəcəklər. Dünya çempionatında fərdi yarışlar 6-12 oktyabr tarixlərində, komanda yarışları isə 13 oktyabrda Daşkənddə yerləşən “Humo Arena”-da keçiriləcək. Fərdi yarışlarda təmsil olunacaq . Azərbaycan milli yığmasının heyəti aşağıdakı kimidir:

Qadınlar

48 kq. 

Leyla Əliyeva 

52 kq. 
Gültac Məmmədəliyeva

Kişilər

60 kq. 
Kəramət Hüseynov

66 kq. 
Orxan Səfərov 
Yaşar Nəcəfov 

73 kq. 
Rüstəm Orucov 
Hidayət Heydərov 

81 kq. 
Səid Mollayi 

90 kq. 
Məmmədəli Mehdiyev 

100 kq. 
Zelim Kotsoyev 

+100 kq. 
Uşanqi Kokauri

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI