First slide

Qırğızıstan və Tacikistan razılığa gəldi

19 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tacikistan və Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitələrinin (QKNB) sədrləri sərhəddə vəziyyətin sabitləşdirilməsi və iki dövlət arasında sülhün bərqərar edilməsi haqqında protokol imzalayıblar.

Press.az xəbər verir ki, bu barədə Turmush agentliyi Qırğızıstan departamentinin rəhbəri Kamçıbek Taşiyevə istinadən məlumat yayıb.

“Protokolun əsas mahiyyəti vəziyyətin sabitləşdirilməsi və iki ölkə arasında sülhün bərqərar olması, vəziyyətin nizamlanması istiqamətində işdir. Qırğızıstan tərəfdən mən, Tacikistan tərəfdən isə Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Saimumin Yatimovu sənədi imzaladıq”, - deyə Taşiyev bildirib.

O, həmçinin qeyd edib ki, Batken bölgəsində (Qırğızıstanın – red.) vəziyyət “tədricən” sabitləşir.

Bundan əvvəl Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov Tacikistanla münaqişə nəticəsində ölkəsinə 17 milyon dollara yaxın maddi ziyan dəydiyini bildirmişdi.

Sentyabrın 16-da səhər saatlarında Qırğızıstan və Tacikistan sərhədində növbəti gərginlik baş verib. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər. Sərhədin demək olar ki, bütün perimetri boyu bütün gün şiddətli döyüşlər gedib və atəşkəsə yalnız gecədən sonra nail olunub. Sentyabrın 17-də səhər saatlarında vaxtaşırı toqquşmalar yenidən başlayıb. Qırğızıstan tərəfinin məlumatına görə, döyüşlər nəticəsində 59 ölkə vətəndaşı həlak olub, 163 nəfər yaralanıb. Tacikistan 41 nəfərin öldüyünü və onlarla insanın yaralandığını bildirib.

Oxşar xəbərlər
OTACI