Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Məhkəmənin eks-prezidentlə bağlı qərarı: Ev dustaqlığında qalacaq

19 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kişinyov məhkəməsi bu gün-sentyabrın 19-da Moldovanın eks-prezidenti İqor Dodonun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı prokurorların vəsatətini təmin edib. Ölkədəki müxalifətçi Sosialist Partiyasının sədri daha 20 gün ev dustaqlığında qalacaq.

Press.az xəbər verir ki, bundan əvvəl prokurorlar siyasətçi barəsində təsdiq edilmiş həbs-qətimkan tədbirinin 30 sutka uzadılması barədə vəsatəti baxılması üçün Kişinyov rayon məhkəməsinə göndərib, vəkillər isə Dodonun azadlığa buraxılmasını tələb ediblər.

Moldovada hal-hazırda parlamentdə təmsil olunan “Şor” partiyası əleyhinə kütləvi etirazlar keçirilir. Etirazçılar Nazirlər Kabinetinin istefasını, növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini tələb edir, iqtisadi və enerji böhranında hakimiyyəti ittiham edirlər. Sosialistlər də analoji bəyanatlar verirlər və Dodon özü tərəfdarlarını siyasi görüşlərindən asılı olmayaraq mövcud rejimi devirmək üçün səfərbər olmağa çağırıb. Lakin özünün ev dustaqlığı 5 oktyabra qədər davam edəcəyindən o, etiraz aksiyalarında iştirak edə bilməyəcəyini bildirib.

Oxşar xəbərlər
OTACI