Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Baş ağrısı və bağırsaq spazmına qarşı dərman bitkisi

19 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dağ kəkotusu adi kəklikotu ilə eyni xüsusiyyətlərə malikdir. Lakin ondan daha güclü təsir göstərir. İmmuniteti gücləndirir, soyuqdəyməyə yaxşı təsir edir, qripin qarşısını alır.

Press.az medicina.az-a istinadən xəbərinə görə, fitoterapevt Elnur Eldaroğlu bildirib ki, dağ kəklikotusu spazmlara yaxşı təsir edir.

Baş ağrısı, bağırsaq spazmı zamanı dağ kəklikotusundan istifadə edə bilərsiniz. Bu bitki həm də güclü antiseptik və antibakterial təsirə malikdir. Buna görə də, kəklikotu dəmləməsindən ağız boşluğu iltihabları üçün qarqara vasitəsi kimi istifadə edilir.

"Dağ kəkotusu bəlğəmgətiricidir. Öskürək, bronxit zamanı xəstənin vəziyyətini yaxşılaşdırır. İki xörək qaşığı 1 stakan qaynar suda dəmlənilir və gün ərzində iki dəfə içilir".

Oxşar xəbərlər
OTACI