Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zelenski Xerson vilayətində 15 hərbi idarənin yaradılması haqqında fərman imzalayıb

19 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukrayna Prezidenti Volodimir Zelenski Xerson vilayətinin hazırda Rusiya qoşunları tərəfindən işğal olunan yaşayış məntəqələrində bir sıra kənd, qəsəbə və şəhər hərbi administrasiyalarının yaradılması haqqında fərman imzalayıb.

Press.az xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.

Fərmana əsasən, Kaxovka rayonunda Askaniya-Novaya, Velikolepetisskaya, Verxneroqaçitskaya və Qornostayevskaya kənd hərbi administrasiyaları, habelə Zelenopodskaya kənd hərbi administrasiyası yaradılır.

Berislavski rayonunda Borozenskaya və Milovskaya kənd administrasiyaları, eləcə də Kalinovskaya qəsəbə hərbi administrasiyası yaradılır. Skadovski rayonunda Mirnenskaya qəsəbə və Novonikolayevskaya kənd hərbi administrasiyaları, Qeniçesk rayonunda Novotroitsk qəsəbə hərbi administrasiyası formalaşdırılır.

Xerson vilayətində Velikokopanovskaya, Stanislavskaya və Yubileynaya kənd hərbi administrasiyaları, eləcə də Xerson şəhər hərbi administrasiyası yaradılır.

Oxşar xəbərlər
OTACI