Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiya və Çin birgə hərbi təlimlər barədə razılığa gəldilər

19 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Çin Kommunist Partiyasının Siyasi Bürosunun üzvü Yanq Tzeçi arasında görüş keçirilib.

Press.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər ABŞ-ın Asiya-Sakit okean regionunda hərəkətləri nəticəsində gərginliyin artması ilə bağlı narahatlığını ifadə edib, hərbi-texniki əməkdaşlıq və hərbi qüvvələrin gücləndirilməsi ilə bağlı razılığa gəliblər.

Görüş zamanı Əfqanıstan məsələsi, Asiya-Sakit okean regionunun hərbi-siyasi vəziyyəti, o cümlədən Koreya yarımadası və Tayvan ətrafındakı vəziyyət müzakirə edilib.

"Həmsöhbətlər ABŞ və onun müttəfiqləri tərəfindən regionda gərginliyin artması ilə bağlı narahatlıqlarını ifadə ediblər”, - açıqlamada deyilir. 

Patruşev və Yanq Tzeçi Ukrayna mövzusunu da müzakirə ediblər.

Oxşar xəbərlər
OTACI