Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yaralı əsgərlər hospitalda ziyarət ediliblər

19 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Lənkərandan olan yaralı əsgərlər hospitalda ziyarət olunub.

Press.az-ın məlumatına görə, Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən yaralanan Lənkəran rayon sakinləri Həmidzadə Afiq Şamil oğlu və Sadıxov Pənah Sulduz oğlunu Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Bakı şəhərində müalicə aldıqları hərbi hospitalda ziyarət edib.

T.Qaraşov yaralı əsgərlərlə görüşərək onlarla söhbət edib, səhhətləri, reabilitasiya prosesi və qayğıları ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.

İcra başçısı hospitalda yaralı hərbçilərimizin müalicəsi üçün yüksək peşəkarlıqla fəaliyyət göstərdiklərinə görə həkimlərə minnətdarlığını ifadə edib.

Oxşar xəbərlər
OTACI