Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yeddi rəngdə sement istehsal edən, Mircəfər Bağırovun buraxılmadığı zavoddan REPORTAJ - VİDEO

19 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünyada yeddi rəngdə sement istehsal olunan yeganə zavod bir vaxtlar SSRİ-nin ən böyük müəssisələrindən olub. Zavodun məhsulları bütün SSRİ ərazisini təmin etməklə yanaşı, Afrika qitəsinədək göndərilib. Söhbət Tovuz sement zavodundan gedir.

Baku TV xəbər verir ki, ötən əsrin 80-ci illərində zavodun fəaliyyəti dayanıb. Müəssisəyə aid tikililərin əksəriyyəti sökülüb. Hündürlüyü 40 metrdən artıq olan 110 yaşlı möhtəşəm qülləsi isə hələ də qalmaqdadır.

Tovuz sakini Fikrət Məmmədov qeyd edib ki, bir neçə il əvvəl Ermənistanda zəlzələ olanda zavodun qülləsi yerindən tərpənsə də, uçmayıb. Qüllənin tikilməsində istifadə edilən materiallar o qədər keyfiyyətlidir ki, hələ də öz möhkəmliyini saxlayır.

“Ağsaqqallardan eşitmişdim. Mircəfər Bağırov zavoda gələndə qarovul onu içəri buraxmayıb. Onun “Mən Mircəfər Bağırovam” deməsinə baxmayaraq, qarovul deyib ki, kim olursan-ol, müdir gəlib icazə versin, səni içəri buraxım”, - deyə zavodun keçmiş işçisi Vidadi Babayev deyib.

Ərazi hazırda xarabalığı xatırladır. Zavodun baxımsız qalan qülləsi isə tarixi abidə kimi qeydə alınsa da, indi onun mühafizəsi ilə bağlı hər hansı iş aparılmır.

Ətraflı videonu təqdim edirik:

Oxşar xəbərlər
OTACI