First slide

Paşinyanın Nensidən Azərbaycanla bağlı xahişi

19 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sərhəddə baş verənlərlə bağlı ABŞ-ın aydın mövqeyini yüksək qiymətləndiririk.

Press.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün, sentyabrın 18-də ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi ilə görüşündə deyib.

Onun sözlərinə görə, bu, ABŞ-ın Ermənistana misli görünməmiş səfəridir.

Paşinyan ABŞ tərəfindən qondarma "erməni soyqırımı"nın tanınmasında şəxsi səylərinə görə Pelosiyə minnətdarlıq edib: "Bütün ermənilər sizi Ermənistanın etibarlı dostu hesab edirlər. Asan yol olmadığına baxmayaraq, demokratik islahatların gündəliyinə sadiqliyimizi bildirmək istəyirəm. Bir faktı da qeyd etmək istərdim ki, biz ABŞ-ın Azərbaycanın Ermənistana qarşı addımları ilə bağlı aydın mövqeyini yüksək qiymətləndiririk. Təbii ki, ABŞ hökumətinin aydın bəyanatları təqdir olunur, çünki bu, bizim üçün çox vacibdi”.

BMT Təhlükəsizlik Şurasının sessiyasında Azərbaycanla bağlı məsələyə toxunan Paşinyan bildirib ki, onlar bu vəziyyətin BMT Təhlükəsizlik Şurasının gündəliyində qalacağına ümid edirlər. “Və bu baxımdan, əlbəttə ki, biz ABŞ-ın dəstəyinə arxalanırıq”.

Nensi Pelosi öz növbəsində qeyd edib ki, ABŞ bütün məsələlərdə Ermənistanın yanındadır.

“Ermənistanda demokratiyaya dəstək, erməni soyqırımının tanınması ilə bağlı qətnamə, Dağlıq Qarabağ məsələsində Türkiyəyə qarşı çıxmaq və bütün digər məsələlərdə biz Ermənistanın tərəfindəyik. Biz hökumətinizə hörmətlə buradayıq. Ötən il keçirilən azad və ədalətli seçkilərdə, müharibə şəraitində, qazandığınız gözəl qələbə kimi qiymətləndirilib”.

Oxşar xəbərlər
OTACI