Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Diş ağrıları – təbii çarələr

18 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Müasir dövrdə diş ağrıları əleyhinə təbii vasitələr az istifadə olunsa da, bir neçə effektli üsulu xatırlatmaq yerinə düşər.

Birinci növbədə vurğulayım ki, ağrıyan dişin üzərinə ağrıkəsici həblərin qoyulması yanlış addımdır. Çünki ağrıkəsici həblər qana sorulmalı, ağrıyan dişdə olan infeksiya və iltihabı müalicə etməli, bununla da ağrını azaltmalıdır. Ağrıkəsici həblərin diş üzərinə qoyulması isə bu nəticəni vermir.

Təbii yollar

1-2 ədəd mixək əzilərək ağrıyan dişin üstünə qoyulduqda 3-5 dəqiqədən sonra ağrı azalmağa başlayır. Və ya 1 xörək qaşığı mixək 100 qram adi arağın içinə tökülərək 15 gün saxlanılır  cövhər hazırlanır (əgər bu cövhəri tez hazırlamaq istəyirsinizsə, onda mixəyi qəhvəüyüdəndə əzib sonra araqla qarışdırıb gözləmədən istifadə edə bilərsiniz), diş ağrıyan zaman pambıq cövhərə batırılaraq ağrıyan dişin üzərinə qoyulur. Ağrını azaltmaq üçün 100 qram alma sirkəsində 1 xörək qaşığı duz həll edilir, alınan məhlulla qarqara edilir. 20 qram propolis 100 qram arağın içində həll olunaraq qarqara edildikdə ağrı keçir (20 faizli propolis cövhəri aptek və ya fitoklublarda  hazır halda da satılır) , diş ətinin şişi çəkilir.

Ağrı ilə yanaşı diş ətində şişkinliyin olması diş köklərində iltihabi ocağın olduğunu göstərir. Belə halda 300 qram bal, 20 qram propolis və 30 qram udi hindi qarışdırılır, gündə 3 dəfə hər dəfə yarım çay qaşığı yeməkdən əvvəl yeyilir. Yaxşı olar ki, əvvəlcə şişmiş damağa çəkilsin, sonra yavaş-yavaş sorularaq yeyilsin. Qarışıq bədənin immun sistemini gücləndirir və orqanizmi iltihab əleyhinə səfərbər edir, 2-3 günə iltihabi şişlər geriyə sorulur.

Oxşar xəbərlər
OTACI