Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan millisi Avstriyaya qalib gəlib

18 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan millisi Çexiyanın paytaxtı Praqakı gənclərin Avropa çempionatına qələbə ilə başlayıb.

Press.az "Report"a istinadla xəbər verir ki, qarışıq komanda 1/8 finalda Avstriyanı məğlub edib.

73 kq çəki dərəcəsindəki Vüsal Qələndərzadə İssa Naşçoya qalib gəlib.

57 kq-dakı Səbinə Əliyeva Verena Hideni, 70 kq-dakı Aytac Qardaşxanlı Laura Kallingeri məğlubiyyətə uğradıb. Sonuncu qarşılaşmada isə 90 kq-dakı Elcan Hacıyevin rəqibi erməni əsilli Aslan Papoyan olub. Hacıyev vazari ilə qalib gəlib.

Azərbaycan komandası rəqibini 4:0 hesabı ilə üstələdiyi üçün son iki cüdoçunun yarışa çıxmağına ehtiyac qalmayıb. Yığma 1/4 finalda Gürcüstanla üz-üzə gələcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI