Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu idarə heyətində dəyişiklik baş verib

18 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Uşaq Fondunun idarə heyətində dəyişiklik baş verib. 

Press.az Baku.ws-ə istinadla xəbər verir ki, Azərbaycan Uşaq Fondunun İdarə Himayəçilik Şurasının növbəti iclasında Hüseynov Arif Xaspolad oğlu sədr, Məhərrəmov Aqil İsa oğlu birinci sədr müavini, Bədəlbəyli Zəhra Vaqif qızı sədr müavini seçilib. 

Azərbaycan Uşaq Fondu Respublikamızın ən çətin vaxtlarında cəmiyyətimiz üçün mühüm rol oynayıb. 

Qeyd edək ki, 1987-ci ildə Sovet Uşaq Fondu məhz Ümummili Liderimiz Heydər Əliyevin böyük dəstəyi ilə yaradılmış, onun nəzdində 1988-ci ildə isə Azərbaycan Uşaq Fondu yaradılıb. 1991-ci ildə, Müstəqillik bərpa olunduğu zamanı Uşaq Fondu yeni sənədləşmə ilə qeydə alınıb və respublikamızda baş verən hadisələrdə bir başa xeyriyyəçilik işləri ilə aktiv olub. 

2009-ci ildə Prezident İlham Əliyevin imzası ilə Uşaq İli elan olduğuna dair Fond tərəfindən bir sıra əhəmiyyətli layihələri həyata keçirib.

Bu gündən etibarən Azərbaycan Uşaq Fondu öz işini daha da möhkəmləndirib, tərəfdaşlıq dairəsini genişləndirərək daha da mühüm layihələrə addım atmaq niyyətindədir.

Oxşar xəbərlər
OTACI