Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tacikistanla Qırğızıstan sərhəddində vəziyyət gərgin olaraq qalır

18 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sentyabrın 18-i səhər saat 8:00-a olan məlumata görə, Qırğızıstan Respublikasının Batken və Oş vilayətlərində Qırğızıstan-Tacikistan sərhəddində gecə atəşkəs rejiminə dair razılaşmalar pozulmadan və atəş açılmadan keçib.

Press.az Trend-ə istinadən bildirir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, hər iki tərəfdən görülən tədbirlərə baxmayaraq, vəziyyət gərgin olaraq qalır:

"Hazırda tərəflərin nümayəndələri dövlət sərhədində işlərini davam etdirirlər, onlar əldə olunmuş razılaşmalara ciddi əməl olunması üçün müvafiq işlər aparırlar. Baş nazirin müavini - Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev hadisə yerindədir və o, vəziyyəti tənzimləmək üçün yerli hakimiyyət orqanlarının işini əlaqələndirməyə davam edir".

Oxşar xəbərlər
OTACI