Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bill Qeyts: “Dünyada mən gözlədiyimdən daha pis vəziyyət hökm sürür”

18 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Microsoft”un qurucusu Bill Qeyts özünün yeni müsahibəsində dünyadakı son hadisələrlə bağlı fikirlərini açıqlayıb.

Milyarderin qlobal vəziyyətin bu qədər pisləşəcəyini gözləmədiyini açıqlayıb.

“Dünyada mən gözlədiyimdən də pis vəziyyət hökm sürür”, - deyə o vurğulayıb.

Bill Qeyts pandemiyanın və Rusiya ilə Ukrayna arasındakı silahlı münaqişənin nəticələrinə işarə edərək, baş verənləri dramatik hadisələr adlandırıb.

Bill Qeyts fikrinin davamında bildirib ki, əgər bir neçə il əvvəl əsas məqsəd yoxsulluq, aclıq, xəstəlik mübarizə hesab olunurdusa, indi bu məsələlər arxa plana keçməyə başlayıb.

“Rusiya ilə Ukrayna arasındakı müharibə beynəlxalq ictimaiyyətin diqqətini yayındırır və nəticədə qlobal problemlərlə mübarizə daha az maliyyələşdirilir”, - Bill Qeyts söyləyib.

Mənbə: “The New York Times”

Oxşar xəbərlər
OTACI