First slide

Şəhid Xəyal Əhədzadə “Qarabağ”ın azarkeşi imiş - Şəkillər

18 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanın təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə yüksələn Xəyal Əhədzadə "Qarabağ"ın azarkeşi olub.

Press.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin sosial şəbəkə hesabları məlumat yayıb. X.Əhədzadənin stadiondakı şəklini paylaşayan klub "Şəhid Xəyal Əhədzadə. Ruhun şad olsun, Şəhidim" sözlərini yazıb.

Qeyd edək ki, X.Əhədzadə boks üzrə məktəblilər arasında 40 kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi və yeniyetmələr arasında ölkə çempionatının iştirakçısı olub.

Xatırladaq ki, dünən AFFA-nın yaydığı xəbərdə qeyd edilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan 5 hərbçimiz - Qədim Xəlilov, Elvin Abdullayev, İbrahim Həsənov, Nicat Qarazadə, Elmir Hüseynov isə müxtəlif vaxtlarda bu qurumun təşkil etdiyi liqa və turnirlərin iştirakçısı olub.

Oxşar xəbərlər
OTACI