Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ Cənubi Kipri silahlandıracaq

18 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ Dövlət Departamenti Cənubi Kiprə tətbiq edilən silah embarqosunu ləğv edib.

Press.az xəbər verir ki, bu barədə Departamentin sözçüsü Ned Prays məlumat verib.

"Dövlət katibi Antoni Blinken Kiprin 2023-cü maliyyə ilində müdafiə materiallarının ixracı və transferlərinin təsdiqlənməsinə icazə vermək üçün müvafiq qanunvericilik çərçivəsində lazımi şərtləri yerinə yetirdiyini müəyyən edib və Konqresə məlumat verib", - açıqlamada deyilir.

O, həmçinin bəyan edib ki, Vaşinqtonun beynəlxalq silah ticarəti qaydaları 2022-ci il oktyabrın 1-dən tətbiq olunacaq.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın Kiprlə bağlı qərarını qınayıb.

Oxşar xəbərlər
OTACI