Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cüdoçumuzdan yarışda nümunəvi davranış - VİDEO

18 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan cüdoçusu Vüqar Talıbov Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında təqdirəlayiq davranışı ilə diqqət mərkəzinə düşüb.

Press.az report-a istinadən xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan 19 yaşlı idmançı 1/4 finalda gürcüstanlı rəqibi Tornike Poladişvili ilə qarşılaşmada qalib gəlib.

Onun yerinə yetirdiyi fənddən sonra Poladişvili ayağında ağrılar hiss edib. Nəticədə həkim rəyindən sonra referi görüşü dayandırmalı olub.

Talıbov yeriyə bilməyən rəqibini çiyninə alaraq, yarış meydanından kənara çıxarıb. Tamaşaçılar onun davranışını alqışlarla qarşılayıblar.

Qeyd edək ki, Vüqar Talıbov Avropa çempionatında yarımfinal görüşündən də qalib ayrılaraq, finala yüksəlib. Həlledici qarşılaşmada rəqib ukraynalı İvan Kutenkova qalib gəlib.

Talıbov 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında və həmin il Avropa Kubokunda 66 kq çəki dərəcəsində qızıl medal qazanıb.

 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI