Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Van Dammın oğlundan Azərbaycanla bağlı paylaşım - VİDEO/FOTO

18 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi təxribatlar fonunda bir çox məşhur ölkəmizə dəstəyini bildirib.

Press.az xəbər verir ki, onlardan biri də Hollivud ulduzu Jan Kloud Van Dammın oğlu Kristofer Van Dammdır. O, instaqram hesabında Bakıda, Şəhidlər Xiyabanında ucaldılmış Əbədi Məşəl abidəsinin görüntülərini paylaşaraq "Həqiqət üçün dua edin" sözlərini yazıb.

Onun həyat yoldaşı azərbaycanlı pianoçu Suada Hacızadə isə Kristoferin paylaşımına "Həqiqət və ədalət öz yerini tapacaq. Çox sağ ol" deyə, qeyd edib.

Qeyd edək ki, sentyabrın 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Nəticədə 80 hərbçimiz şəhid olub.

Şəhid kiçik gizir Qurbanov Yusifin bu gün müalicə aldığı hospitalda dünyasını dəyişdiyi bildirilib.

 

Oxşar xəbərlər
OTACI