First slide

Hücuma birinci ermənilər keçib – DƏQİQ FAKTLAR

17 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

12 sentyabrda Ermənistan bölmələrinin təxribat törətdiyi, ilk olaraq hücuma keçdiyi və əsgərlərimizi şəhid etdiyini əks etdirən video yayılıb.

Press.az xəbər verir ki, bu barədə məlumat və faktı beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev yayıb.

O bildirib ki, ermənilərin “Kolorit” kanalında yaydıqları videonu diqqətlə incəyərkən, buna aydın başa düşmək olur:

“Bu video bir daha sübut edir ki, təxribatı törədən ermənilər olub. Dəqiq sübutlar isə budur:

1. Videodan məlum olur ki, bizim əsgərlərin nəşinin olduğu yer postdur. Orda 3 ədəd təkər görmək olur. Hər halda hücuma keçən insanlar yanında təkər aparmaz;

2. Həmin post erməni postu deyil, bizim postdur. Sübut: videoda yerdə “Elseave” şampunu görünür, postun içində. Hücuma keçən insan cibində “Elseave” şampunu aparır?

3. Əsgərlərimizin paltarı XTQ paltarı deyil. Biz hücuma keçəndə XTQ öndə gedir;

4. Orda yerdə külüng var. Qırmızı rəngdə. Hücuma keçən özü ilə külüng aparmır;

5. Ətrafda atışma səsləri gəlmir. Deməli, hərbi əməliyyatlar hələ başlamamışdı. Əgər bizimkilər hücuma keçib çəkilmiş olsaydılar, həmin videoda silah səsləri gəlməli idi”.

Oxşar xəbərlər
OTACI