Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı əməliyyatı başa çatdırıb, müzakirə lazım deyil! - Türkiyə Prezidenti

17 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın sərhəddə Ermənistanın təxribatına cavab olaraq keçirdiyi hərbi əməliyyat başa çatıb.

Pres.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səmərqənddən geri qayıdarkən mediaya açıqlamasında deyib.

O bildirib ki, bu barədə Prezident İlham Əliyevdən informasiya alıb:

“Əməliyyat artıq başa çatıb, ona görə onu müzakirə etməyə ehtiyac yoxdur. Cənab İlham Əliyevdən aldığım məlumata görə, indi azərbaycanlı qardaşlarımız təhlükəsiz mövqedədirlər”.

Ərdoğan qeyd edib ki, İrəvan Bakıya qarşı provokasiyadan imtina etməli və sülh və əməkdaşlıq naminə bundan öncə götürdüyü öhdəliklərə uyğun hərəkət etməlidir.

Oxşar xəbərlər
OTACI