Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİN-dən sürücülərə MÜRACİƏT

17 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Səbail rayonunda dayanma-durma və parklanma qaydalarının tənzimlənməsi ilə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Press.az-a bildirilib ki, rayon dövlət yol polisi şöbəsinin əməkdaşları qaydalara əməl etməyən sürücülərə qarşı, eyni zamanda, yeraltı-yerüstü piyada keçidlərindən düzgün istifadə etməyən piyadalarla bağlı təbliğat xarakterli profilaktik işləri genişləndirib.

Yol hərəkəti qaydalarını pozan sürücü və piyadalar aşkarlanaraq barələrində müvafiq tədbirlər görülməklə, onların hər biri ilə profilaktik söhbətlər aparılıb.

Vurğulanıb ki, hər bir hərəkət iştirakçısı qaydalara əməl etməli, özünün və digər şəxslərin həyatına, sağlamlığına, əmlakına etinasızlıq göstərməməlidir.

Oxşar xəbərlər
OTACI