Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Britaniyalı nazir Azərbaycana başsağlığı verdi

17 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Böyük Britaniyanın Avropa regionu üzrə sövlət naziri Leo Dokerti Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdə Azərbaycanın hərbi qulluqçularının həlak olmasına görə başsağlığı verib.

Press.az-ın xəbərinə görə, o, başsağlığını Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı çatdırıb.

Leo Dokerti Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı yaranmış vəziyyətə görə narahatlığını ifadə edib. Hazırda atəşkəsə əməl olunmasından məmnunluğunu vurğulayıb.

Sabitliyin təmin olunacağına və Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin davam edəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

Oxşar xəbərlər
OTACI