First slide

Bakı tıxac əlindən "nəfəs almır" - Vəziyyət getdikcə pisləşir

17 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı artıq küləklər yox, "tıxaclar şəhəri"nə çevrilib. Dərslərin də başlanması ilə yollardakı hərəkət, demək olar ki, iflic olub.

Press.az Metbuat.az-a istinadən xəbər verir ki, əvvəllər günün pik - səhər və axşam saatlarında şəhərdə sıx tıxac yaranırdısa, son illər gün ərzində də bu hal yaşanır. Dərslər açıldıqdan sonra isə yollarda olduqca gərgin, əsəbi durum hökm sürür.

Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, vahid strategiya yoxdur. Buna görə də ictimai nəqliyyatın vəziyyəti gündən-günə pisləşir:

"Bakı şəhərində ictimai nəqliyyatın durumu göz qabağındadır. Səbəblər çoxdur. Birincisi, ictimai nəqliyyatın inkişafı üçün strategiya yoxdur. Digər tərəfdən bu inkişaf üçün heç bir şərait yaradılmır. "Bakubus" üçün dövlət tərəfindən təxminən 715 avtobus alınmışdı. Sonradan isə bu proses yalnız özəl daşıyıcı şirkətlər tərəfindən həyata keçirilməyə başlandı. Həmin şirkətlərin də öz biznes maraqları var, lakin bu maraqların qarşılanması üçün hər hansı bir addım atılmır. Şirkətlər də gediş haqqının artırılmasını, dövlət tərəfindən hər hansı güzəştlərin edilməsini tələb edirlər. İlin əvəlində yanacağın qiymətinin də artması buna təsiri edir. Yanacağın qiyməti artan zaman dövlət tərəfindən sahibkarlara gediş haqqının artırılmaması üçün vəsait ayrıldı, amma ayrılan vəsait sahibkarlara düzgün çatdırılmadı. Məlum məsələdir ki, bütün şirkətlər qanuni şəkildə fəaliyyət göstərmir. Amma rəsmi olaraq hər gün xəttə avtobus buraxırlar. Buna görə də sahibkarlarla danışıb onlara lazım olan dəstəyi göstərmək lazım idiBakı Nəqliyyat Agentliyinin gördüyü tədbirlər isə heç bir nəticə vermədi. Bütün bunlar baş verdiyi halda ictimai nəqliyyatın inkişafı dayanır".

O taksi sürücülərini özünü sahibkar adlandıran şəxslərin əlindən xilas  etməliyik...” - Ekspert

Elməddin Muradlı

Ekspert həmçinin qeyd edir ki, durumun bu hala gəlməsinə görə, atılmayan addımların indi həyata keçirilməsi mütləqdir:

"Ümumən düşünürəm ki, vahid strategiya qoyub hədəfə doğru planlı şəkildə addımlamaq, vəziyyətdən çıxış yolu tapmaq lazımdır. Metro, ictimai nəqliyyat inkişaf etməlidir, avtobus parkları yenilənməlidir. Sözsüz, belə olan halda tıxacların azalmasını müşahidə edə bilərik. İndiki halda isə vəziyyət getdikcə pisləşir və bu, davam edəcək".

Elməddin Muradlı deyir ki, bütün bu proseslərə baxmayaraq hazırda gediş haqlarının artırılması ilə bağlı hər hansı məsələ gündəm deyil.

Oxşar xəbərlər
OTACI