Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prezidentlərin səmimi fotosu erməniləri qıcılandırdı: "Putinə nifrət edirik"

17 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xəbər verdiyimiz kimi, Səmərqənd şəhərindəki Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının sammitində liderlər arasında qeyri-rəsmi görüş gündəm olub. Sammit çərçivəsində Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev, Emoməli Rəhmon, Vladimir Putin və Aleksandr Lukaşenko səmimi söhbət ediblər.

Press.az xəbər verir ki, görüşə Ermənistanın baş naziri Nikol Paşinyanın getməyi planlaşdırılsa da, sərhəddəki son hadisələrdən sonra Paşinyan Səmərqəndə getməkdən imtina edib.

Prezidentlərin qeyri-rəsmi görüşünü əks etdirən foto isə ermənilərdə əməlli-başlı qıcıq oyadıb.

"Hraprak" nəşri yazır ki, fotoda Putinin səmimi davranışları Ermənistana xəyanətdir. Nəşr erməni xalqının Putinə nifrət etdiyini qeyd edib:

"Putin düşmənlərimizlə masa arxasında oturub, danışır, düşmənimizin dostu isə bizim düşmənimizdir və biz artıq Rusiya Federasiyasının prezidentinə nifrət edirik".

Oxşar xəbərlər
OTACI