Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Qarabağ” Avroliqada: 2 turdakı müsbət göstəricilər

17 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

UEFA Avropa Liqasının ilk 2 turundan sonra statistikanı açıqlayıb.

Press.az xəbər verir ki, Azərbaycanın bu yarışdakı yeganə təmsilçisi “Qarabağ” bir sıra müsbət göstəriciləri ilə diqqət çəkir.

2 oyuna 4 qol vuran Ağdam təmsilçisi ən çox fərqlənən komandalar sıranda 6-cıdır (daha 7 komanda da 4 qol vurub). Bu göstəricidə lider Niderland “Feyenoord”udur (8 qol).

Qapıya ən çox zərbə endirən komandalar sırasında “Qarabağ, “Frayburq” və “Latsio”  4-cü yerdədir - hər biri 30 zərbə. İlk üç yerdə müvafiq olaraq “Roma” (48), “Trabzonspor” (41) və “Betis” (37) qərarlaşıb.

“Qarabağ”ın vurduğu bu zərbələrdən 13-ü çərçivəyə gedib. Bu göstəricidə isə onlar 5-cidirlər (liderlər “Betis” və “Roma”da 15).

“Qarabağ” künc zərbəsi vurmada 13-cüdür - 9 dəfə (liderlər “Renn” və “Roma”da 16).

Digər göstəricilərdə durum belədir:

Topa sahib olma: 

1. “Arsenal” - 68 faiz

7. “Qarabağ” - 57 faiz

Dəqiq ötürmə:

1. “Bude-Qlimt” - 89,5 faiz

18. “Qarabağ” - 80,5 faiz

Futbolçulara gəlincə, “Qarabağ”lı Kadi ən çox künc zərbəsi vuran oyunçular sırasında 3-cü yerdədir (9 dəfə).

Şahruddin Məhəmmədəliyev 8 seyvlə 6-cı, Bədavi Hüseynov dəqiq ötürmə edənlər arasında 13-cü (128 ötürmə), Ovusu çərçivəyə ən çox zərbə vuranlar arasında 10-cu (3 dəfə), Kadi və Ovusu qapıya ən çox zərbə endirən futbolçular arasında 12-ci yeri tutur (hər biri 6 dəfə).

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI