Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tacikistanla Qırğızıstan arasında QARŞIDURMA: 87 yaralı var

17 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tacikistanla sərhəddə toqquşmalar zamanı yaralanan Qırğızıstan sakinlərinin sayı 87 nəfərə çatıb.

Press.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

“Ümumilikdə silahlı toqquşmalar nəticəsində 87 zərərçəkmiş səhiyyə müəssisələrinə yerləşdirilib, onlardan 5-i ambulator müalicəyə göndərilib”, - məlumatda deyilir.

Ölənlərin sayı ilə bağlı hələlik məlumat verilmir.

Nazirliyin məlumatına görə, zərərçəkənlərin daha çox bədənlərinin müxtəlif nahiyələrində qəlpə və güllə yaraları var. Onlar Tacikistanla həmsərhəd olan Batken vilayəti və Bişkekdəki xəstəxanalara yerləşdirilib.

Bundan əvvəl Qırğızıstan hakimiyyəti 59 sakinin xəsarət alması barədə məlumat verib.

Oxşar xəbərlər
OTACI