Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İranın Zəngəzur DƏRDİ

16 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qukasyanla görüşündə isə daha konkret danışmışdı. Sitat: “İran üçün kommunikasiyaların blokadadan çıxarılması kontekstində səslənən “Zəngəzur dəhlizi” bəyanatları qəbuledilməzdir. İran tərəfi hesab edir ki, Ermənistan öz ərazi bütövlüyünü qorumalıdır”. Əlavə etmişdi ki, Azərbaycan tərəfinin “Zəngəzur dəhlizi” ilə bağlı bəyanatları Tehranın maraqlarına “ziddir”. Hər şey aydındır.

Bu mənada Ermənistanın “cəsarətlə” “Zəngəzurdan dəhliz verməyəcəyik” mövqeyini ifadə etməsinin arxasında dayanan qüvvələrdən biri sözsüz ki, İrandır. Müsəlman qonşumuz, dindaşımız...Və 30 il ərzində ermənilərin 60-dan çox məscidimizi dağıtmasına, salamat qalanlarda isə donuz saxlamasına susan müsəlman dövləti...İşə baxın, Azərbaycan hətta İran ərazisindən keçəcək dəhlizlə bağlı anlaşma imzalayıb, Tehranı məmnun etməkdən ötrü. Amma əvəzində İranın Ermənistanın yanında yer alıb...

İrandakı qüvvələrin Azərbaycana qarşı istifadə etdikləri arqumentlərdən biri daim bu olub ki, niyə İsraillə münasibətlər qurursunuz? Azərbaycanın kifayət qədər ciddi cavabları var. Amma biz hələ İsraildə səfirlik belə, açmamışıq, amma Ermənistan Təl-Əvivdə səfirliyini açandan sonra, 2020-ci ilin sentyabrında – İranın erməniləri himayə etməsi növbəti mərhələyə daxil oldu. Hər sözbaşı “qırmızı xətt”dən danışdılar. Ancaq nədənsə Azərbaycanın 20 faiz ərazisi 30 il işğalda olanda qırmızı xətt İranın yadına düşmürdü. Niyə, bəlkə qırmızı boyası qurtarıbmış? Elə isə qızıl-qırmızı bu, nə ittiham, nə yanaşma, nə qonşuluq, nə müsəlmanlıqdır?

Budur, İranın Tehrandakı səfiri Abbas Zoxuri növbəti dəfə Türkiyə və Azərbaycana qarşı nifrətini ifadə edib, erməni faşizmini könlünü şad eləyib. Bildirib ki, Tehran İran-Ermənistan sərhədini təhdid edən istənilən ssenariyə xüsusi müqavimət göstərəcək. Sitat: “İran qonşu ölkələrin ərazi bütövlüyü və sərhədlərinin pozulmasına qarşıdır və İrana zərər vuracaq istənilən ssenariyə xüsusilə müqavimət göstərəcək”. Hələ erməni terrorçuları, separatçıları, hətta Ermənistan ordusunun hissələri Azərbaycan ərazilərindədir, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə...İrana nəsə deyirmi bu faktlar? Niyə bircə dəfə də olsun Ermənistana “2020-ci il 10 noyabr anlaşmasına əməl et, hərbçilərini Qarabağdan çıxar”, çağırışını eləmir İran rəsmiləri, diplomatları?! Niyə narahatdırlar, vurnuxurlar? Axı, Azərbaycan hətta ən ağır dönəmlərdə bütün təzyiqlərə rəğmən İrana qarşı planlarda yer almayıb, əksinə, bu planları pozub. İranın “sağ ol”udurmu?! Bəlkə Azərbaycan Qafan-Gorus yolunda gömrük postu qoyub, Ermənistana yük daşıyan İran maşınlarından rüsum alır, ona görə havalanıb, haylanıblar, yoxsa İran TIR-ları daha Xankəndi separatçılarına rahat benzin daşıya bilmir deyə, onun acığını çıxırlar?..

Qonşu sarıdan yarımadıq...

Musavat.com

Oxşar xəbərlər
OTACI