Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Neftçi" "Səbail"ə qalib gələrək liderliyə yüksəlib

16 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

Press.az xəbər verir ki, "Neftçi" "Asco Arena"da "Səbail"in qonağı olub. Görüş "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hər iki qol ikinci hissədə vurulub. 53-cü dəqiqədə Emin Mahmudov, 83-cü dəqiqədə isə Gilyerme Pato fərqləniblər.

Bu nəticədən sonra xallarını 18-ə çatdıran "Neftçi" ilk pilləyə yüksəlib. 5 xalı olan "dənizçilər" isə 7-ci sırada qalıb.

Turun açılış matçında "Sabah" evdə "Turan Tovuz"u 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, sentyabrın 17-də "Qəbələ" - "Sumqayıt" oyunu, bir gün sonra isə "Kəpəz" - "Şamaxı" və "Zirə" - "Qarabağ" matçları baş tutacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI