Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Putin: “Rusiya ilə Azərbaycan arasında ticarət və investisiyaların həcmi artır”

16 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Rusiya ilə Azərbaycan arasında ticarət və investisiyaların həcmi artır”.

Press.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

"Bu gün biz həm təşkilatın özünün işi, həm də ikitərəfli münasibətlər, regionda vəziyyət barədə artıq dəfələrlə söhbət etmişik, fikir mübadiləsi aparmışıq. İkitərəfli münasibətlərə gəldikdə, onlar inkişaf edir, çox uğurla inkişaf edir, şübhəsiz, bunu qeyd etmək lazımdır. Ticarətin, investisiyaların həcmi artır, müxtəlif nazirliklər, idarələr, parlamentlər xətti ilə əməkdaşlıq həyata keçirilir”, - Putin qeyd edib.

Oxşar xəbərlər
OTACI