Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan Premyer Liqası: "Sabah" "Turan Tovuz"a qalib gəlib

16 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Futol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib.

Press.az xəbər verir ki, açılış matçında "Sabah" "Turan Tovuz"u qəbul edib.

"Bank Respublika Arena"dakı qarşılaşma 1 dəqiqəlik sükutla başlayıb. Ermənistanla sərhəddə hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinin xatirəsi yad edilib. Ölkə çempionatında əcnəbi oyunçuların da çıxışı nəzərə alınaraq, diktorlar ermənilərin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribat, bunun nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçılarının şəhid olması barədə məlumatı ingilis dilində səsləndiriblər.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Hesabı 15-ci dəqiqədə paytaxt təmsilçisindən Davit Volkov açıb. 34-cü dəqiqədə Coy Lens Mikels 2-ci topu qonaqların qapısından keçirib. Almaniyalı yarımmüdafiəçi fərqləndikdən sonra əsgər salamı verib. 39-cu dəqiqədə Şakir Seyidov qırmızı vərəqə alaraq, Tovuz təmsilçisini azlıqda qoyub. 81-ci dəqiqədə isə bölgə klubunun hücumçusu Runi Eva fərqlənərək, fərqi minimuma endirib. Əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə isə Elvin Camalov penaltini dəqiq yerinə yetirərək, yekun hesabı müəyyənləşdiirb.

Bu nəticədən sonra xallarını 16-ya çatdıran "Sabah" liderliyə yüksəlib. 10 xalı olan "Turan Tovuz" isə 4-cü pillədə qalıb.

Günün ikinci matçında "Neftçi" "ASCO Arena"da "Səbail"in qonağı olacaq.

Qeyd edək ki, sentyabrın 17-də "Qəbələ" - "Sumqayıt" oyunu, bir gün sonra isə "Kəpəz" - "Şamaxı" və "Zirə" - "Qarabağ" matçları baş tutacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI