Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda ərinin öldürdüyü Ayşə tanınmış iş qadını imiş – FOTO

16 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İki həftə əvvəl paytaxtın Nizami rayonunda 27 yaşlı Ayşə Bayramovanın qətlə yetirilməsinin təfərrüatı üzə çıxıb.

Ayşəni öldürən həyat yoldaşı, 1989-cu il təvəllüdlü Vüsal Bayramov ondan əvvəl də evli olubmuş.

Məlum olub ki, ata-anasını erkən yaşda itirən Ayşə nənəsinin himayəsində böyüyüb. Hadisə də qadın nənəsinə baş çəkərkən qeydə alınıb. Ailə qurduqdan sonra da tez-tez nənəsinin yanına gedən Ayşə Nizami rayonu, Şərifli küçəsində olarkən həyat yoldaşının hücumuna məruz qalıb. Kişinin çoxsaylı bıçaq zərbələrindən ağır yaralanan Ayşə qanitirmədən hadisə yerində vəfat edib.

Bildirilir ki, əslən Masallıdan olan və “Kirvə Vüsal” adı ilə tanınan Vüsal Bayramov Ayşə ilə evləndikdən sonra Bakıya köçüb. Onların beş illik evliliyindən bir oğlu da olub.

Ayşə Bayramova iş qadını kimi tanınıb. Belə ki, o, müxtəlif vaxtlarda paytaxtda yerləşən bir neçə geyim mağazasının sahibi olub.

Xatırladaq ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. Vüsal Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

qafqazinfo

Oxşar xəbərlər
OTACI