Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İctimai TV-də kadr və struktur dəyişikliyi olub - FOTO

16 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İctimai TV-də kadr və struktur dəyişikliyi olub

Press.az xəbər verir ki, sentyabrın 15-də İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib. İclasda əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Şirkətin Baş Direktoru Balakişi Qasımov İctimai Teleradionun yeni mövsümə hazırlıq məsələləri, həyata keçirilməsi planlaşdırılan layihələr barədə Şura üzvlərinə ətraflı məlumat verib. Ayrı-ayrı verilişlərin ictimai əhəmiyyəti, aktuallığı haqqında ayrıntılı müzakirələr aparılıb. Çıxış edən Yayım Şurasının sədri Muxtar İmanov, Şura üzvləri – Zemfira Qafarova, Azər Həsrət, Yusif Babanlı, Azər Əliyev, Sevil Yusifova, Həsən Cəfərov həyata keçirilən layihələr və planlaşdırılan işlər barədə fikir və təkliflərini səsləndiriblər.

Daha sonra Baş Direktorun təqdimatına əsasən, bəzi vəzifələr üzrə kadr təyinatı və struktur dəyişiklikləri müzakirə edilib.

Yayım Şurasının qərarı ilə Osmanova Günel Aslan qızı İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Aparatının rəhbəri, Yusifzadə Aynur Firuddin qızı İnsan Resursları departamentinin direktoru, Dadaşov Əfsər Əziz oğlu isə Maliyyə departamentinin direktoru vəzifəsinə təyin 

ediliblər.

Qeyd edilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətində aparılan kadr və struktur dəyişikliyi iş əmsalının yüksəldilməsinə xidmət edir

Oxşar xəbərlər
OTACI