Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yer üzündə cənnət meyvəsi – üzüm və onun faydaları

16 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Üzüm müqəddəs kitabımız Quranda ən çox adı çəkilən meyvələrdəndir. Ənam surəsi 99, Ənam 141, Rad 4, Nəhl 11 (bal arısı), Nəhl 67, Yasin 67, Abəsə 28 kimi surələrdə məhz üzümdən bəhs edilir.

Üzümün tərkibində 22-25% qlükoza vardır, bu da bizim toxumalarımız üçün əsl enerji mənbəyidir. Üzüm fiziki və zehni yorğunluğu aradan qaldıran ən təsirli vasitədir, halsızlığın müalicəsində əvəzolunmazdır. Bədənimiz üzümdən alınan enerjinin lazım olan qədərini işlədir, qalan artığını isə qaraciyərdə depolayır və bütün qış boyu bu enerjidən istifadə edir. Tərkibində çox miqdarda olan dəmir və qlükoza qanyaranmanı sürətləndirir, qanazlığını aradan götürür. Üzüm qaraciyər, böyrək və sinir sistemi xəstəliklərində də əvəzolunmazdır.

Üzümün faydaları

Üzümdəki kalsium, kalium, dəmir və başqa minerallar uşaqlarda və böyüklərdə sümükləşməni artırır, osteoporozun, yəni sümük əriməsinin qarşısını alır. Bundan başqa üzümün tərkibində çox miqdarda A, B1, B2, B6, C vitaminləri, fol turşusu və s. vardır. Üzüm böyrəklərin işini sürətləndirir, bədənimizdəki lazımsız maddələri (şlakları) böyrəklər vasitəsilə təmizləyir. Payızda bol-bol üzüm yeyənlər qışda bronxitə tutulmur. Üzüm həm də immun sistemini gücləndirir, bununla da bədənimizi sanki qış xəstəliklərindən qoruyur.

Üzümün tərkibində olan kalium ürək əzələsini və bütün bədən əzələlərini gücləndirir. Üzüm E vitaminindən 50 dəfə, C vitaminindən isə 20 dəfə güclü antioksidantdır.

Deməli, üzüm xərçəngin ən yaxşı profilaktikasıdır. Üzümü yeyəndə tumu və qabığı ilə birgə yeyin.

Mədədə, qida borusunda, bağırsaqlarda səpgi, eroziya, turşuluğun artması, qəbizlik kimi hallar varsa, səhər yeməyindən 1 saat əvvəl 1 salxım, yəni təqribən 200-300 qram şirin üzüm yeyin. Nəticə almaq üçün üzümü ən azı 15-20 gün yemək lazımdır                                      Fizuli Huseynov

Oxşar xəbərlər
OTACI