First slide

Bakıda yük maşını piyadanı vuraraq öldürüb

16 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda yük maşını piyadanı vuraraq öldürüb.

Bu barədə Press.az-a  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə sentyabrın 15-i saat 7 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Astara rayon sakini B.Qasımov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun kənarında dayanmış qəsəbə sakini Zahir Məmmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI