Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Elçin Sadıqov yenidən Baş Prokurorluğa aparıldı

16 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rüşvət almada iştirakçılıq ittihamı ilə həbs edilən tanınmış vəkil Elçin Sadıqov yenidən Baş Prokurorluğa aparılıb.

Bu barədə “Qafqazinfo”ya vəkili Cavad Cavadov məlumat verib.

Belə ki, bu gün E.Sadıqovla bağlı Bakı Apellyasiya Məhkəməsində keçirilməli olan məhkəmə təxirə salınıb. Vəkillərə bildirilib ki, istintaq hərəkətləri ilə bağlı Elçin Sadıqov bu gün saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasından Baş Prokurorluğa aparılıb.

Onun apellyasiya məhkəməsi sabaha təxirə salınıb.

Qeyd edək ki, sentyabrın 10-da Baş Prokurorluq tərəfindən saxlanılan E.Sadıqov barəsində Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

E.Sadıqov öz müvəkkili, iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alınaraq jurnalist Əvəz Zeynallıya verilməsində vasitəçilik etməkdə ittiham olunur.

Oxşar xəbərlər
OTACI