Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yeniyetmələrin qəfil ölümünün gözlənilməz səbəbi tapılıb

16 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tədqiqatçılar müəyyən ediblər ki, havadakı kiçik hissəciklər sağlam yeniyetmələrdə anormal ürək ritmlərinə, hətta qəfil ölümünə səbəb ola bilər.

Press.az xəbər veiri ki , bununla bağlı tədqiqatlar “Journal of the American Heart Association” jurnalında dərc olunub.

Tədqiqatçılar ABŞ-da yaşayan 322 yeniyetmənin sağlamlıq məlumatlarını təhlil ediblər. İştirakçılarda ciddi ürək-damar xəstəlikləri olmayıb, bundan başqa onlarda nizamsız ürək ritmi riski az olub.

Təcrübəyə görə, yeniyetmələr nefelometrdən istifadə edərək 2,5 mikrondan az hissəciklər olan havanı udublar. Bundan sonra elm adamları “Holter monitoru” adlanan daşınabilən cihazdan istifadə edərək hər bir yeniyetmənin 24 saat ərzində ürək döyüntüsünü izləyiblər. İştirakçıların 79%-də ritm pozğunluğu müəyyən olunub.

Oxşar xəbərlər
OTACI