First slide

Avtomobililə yolda qalan gənc köməyə çağırdığı polislər tərəfindən güllələndi - VİDEO

16 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koloradoda polislər avtomobiliylə yol kənarında ilişib qalan və 911-ə zəng edən sürücünü güllələyiblər.

Press.az xarici KİV-ə istinadən xəbər verir ki, Kristian Qlassın “Honda Pilot” markalı avtomobili kənd yolunun kənarında qalıb. Kişi fövqəladə xidmətə zəng edərək kömək istəyib. Həvəskar geoloq Qlassın avtomobilinin içərisində bir neçə bıçaq və çəkic olub.

Hadisə yerinə gələn polis əməkdaşları onun maşından çıxmasını tələb ediblər.

Kristian özünü təhlükəsiz hiss etmədiyi üçün çölə çıxmaq istəmədiyini bildirib. Polis bir saatdan çox onu salondan çıxmağa razı sala bilməyib. Nəticədə əməkdaşlar avtomobilin şüşəsini sındırıblar. Bu zaman sürücü bıçağa əl atıb. Bunu görcək zabitlərdən biri atəş açıb və Qlass aldığı xəsarətlərdən yerindəcə ölüb.

Polis bildirib ki, sürücü bıçaqla onlara hücum etmək istəyib.

Ekspertiza Qlassın sərxoş olmadığını və narkotik qəbul etmədiyini müəyyən edib. Federal Təhqiqat Bürosuna polisin hərəkətlərinin qanuniliyini yoxlamaq tapşırılıb.

 

Oxşar xəbərlər
OTACI