Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Qələbəni ordumuza və şəhidlərimizə həsr edirik” - Qurban Qurbanov

15 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda evdə “Nant”a qalib gəldikləri matç (3:0) barədə danışıb.

Press.az xəbər verir ki, o, görüşdən dərhal sonra “CBC Sport”a açıqlamasında qələbəni ordumuza və şəhidlərimizə həsr etdiklərini deyib:

“Oyun haqqında çox danışmaq olar. Çünki fərqli hissələr oldu. Bizim üçün çox vacib idi ki, ilk hissədə intizamlı oynayaq. Rəqibin yaxşı hücumları var idi. Ehtiyyatlı olmalı idik. Çünki rəqibin bacarıqlı oyunçuları vardı. Onlar ustalıqlarından istifadə edirdilər. Hər bir halda çox maraqlı bir qələbə oldu. Çünki belə böyük komandaya 3:0 hesabı ilə qalib gəlmək azarkeşləri həvəsləndirir. Hamını təbrik edirəm. İkinci hissədə sürəti artırmaq istəyirdik. Ramil oyuna sonradan çıxanda aktiv olur. Buna ehtiyac var idi. 2-ci hissədə sürətin artması vacib idi. Ona görə də ikinci hissədə Ozobiçlə Ramili əvəzlədik. Qələbəni ordumuza və şəhidlərimizə həsr edirik. Günorta saatlarında çox üzüldük. Daha 21 şəhidimiz olduğu barədə xəbər aldıq. Bəlkə də bu, oyunda da hiss olunurdu. Hamı qalib gəlmək istəyirdi. Hamı qorxurdu ki, birdən səhv edərik. Allah ordumuzu qorusun”.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI