Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəhid Namiq Məmmədzadənin nəşi Bərdə rayonuna gətirilib - VİDEO

15 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olan Məmmədli Namiq Ağəmməd oğlunun nəşi Bərdə rayonuna gətirilib.

Press.az xəbər verir ki, Bərdənin Mehdili kəndindən olan 02.05.1996-cı il təvəllüdlü əsgər Məmmədli Namiq Ağəmməd oğlu 2022-ci il sentyabrın 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı Kəlbəcər rayonu ərazisində şəhid olmuşdur.

Namiq Bərdə rayonunun Mehdili kəndində anadan olub. Xüsusi Təyinatlı Qoşunlarda xidmət edib. 44 günlük Vətən müharibəsi zamanı da xüsusi şücaət göstərib və döyüş zamanı əməliyyatlarda fərqləndiyinə görə, "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə, eyni zamanda "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif edilib.
Türkiyə Respublikasında keçirilmiş təlimlərdə yüksək nailiyyətlər əldə etdiyinə görə "Güclü döyüşçü" medalı ilə mükafatlandırılıb.

Şəhidimiz bu gün doğulduğu kənd qəbirstanlığında dəfn olunacaq.

Allahdan bütün şəhərlərimizə rəhmət, ailə üzvlərinə səbr diləyirik! 

 

Oxşar xəbərlər
OTACI