Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ"ın rəqibi ulduz futbolçunun transferini açıqlayıb

15 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhəlsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u Kolumbiya millisinin futbolçusu Xames Rodrigesin transferini açıqlayıb.

Press.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tezliklə 32 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalanacaq. Hələlik anlaşmanın detalları bəlli deyil.

Son olaraq Qətərdə "Əl Rayyan" komandasının formasını geyinən təcrübəli oyunçu İspaniyanın "Real Madrid" və Almaniyanın "Bavariya" klublarının da şərəfini qoruyub.

Daha əvvəl braziliyalı müdafiəçi Marselonu transfer edən Pirey təmsilçisi Fransa "Marsel"indən Sedrik Bakambu ilə də anlaşıb.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI