Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Müəllimlərin müddətli müqavilə ilə növbəti vakansiya seçiminə start verilir

15 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

   16 sentyabr  saat 11:00-dan etibarən ümumi təhsil müəssisələrinə müddətli    müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimlərinə start verilir.

Təhsil İnstitutundan verilən xəbərə görə, vakansiya seçimi 19 sentyabr saat 11:00-dək davam edəcək. Müddətli müqavilə ilə işə qəbul üçün vakansiya seçimi zamanı namizədlər dörd vakant yer seçə bilərlər.

Müsabiqənin hazırkı vakansiya seçimlərində iştirak etmək istəyən namizədlər yuxarıda qeyd olunan tarixədək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Qeyd edək ki, vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.

 

Oxşar xəbərlər
OTACI