Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakının azadlığını boğmaq üçün 80 ton qızıl, erməni fitnəsi və türk dostluğu: “Geriyə yol yoxdur”

15 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

1918-ci ilin bu günü Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Əlahiddə Azərbaycan Korpusu Bakını erməni-bolşevik işğalından azad etdilər. Bununla təkcə erməni və bolşeviklərin Bakı və ətraf rayonlarda hökmranlığına birdəfəlik son qoyulmadı, həm də Azərbaycanın müstəqilliyi tam təmin olundu. Qələbədən iki gün sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncədən Bakıya köçürüldü. 

Türk qardaşlarımız həmin vaxt Azərbaycan əsgərləri ilə birlikdə düşmənə, mənfur qonşumuza qarşı mübarizə aparıblar. Osmanlı hökuməti Bakının azadlığı uğrunda 1130 şəhid verib. Ona görə də müstəqillikdən bəri hər ilin bu günü Şəhidlər xiyabanında türk şəhidlərimizin xatirəsinə ucaldılan Türk Şəhidliyi abidəsi ziyarət edilir və onlar üçün anım mərasimi keçirilir. 

Hələ o dövrdən ermənilərin əsas xülyası “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək idi. Bu yolda onlar azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirsələr də, türk birliyi düşmənin məkrli planını puç etdi. Doğrudur, 70 illik sovet hakimiyyəti dönəmində tarix kitablarında bu qələbəmiz təhrif olunaraq tamamilə yanlış şəkildə təqdim edildi. Hətta türk qardaşlığını sonlandırmaq, SSRİ idarəçiliyində olan türk dövlətlərinin Türkiyə Cümhuriyyəti ilə əlaqələrini kəsmək üçün dilimizi, əlifbamızı dəyişməyə cəhdlər göstərildi. Daxildəki türkləri parçalamaq üçün “özbək”, “qırğız”, “qazax” terminləri ortaya atıldı. Ancaq Azərbaycan nə dünən, nə də bu gün türk qardaşının, qəhrəman əsgərlərin fədakarlığını unutmur.  

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun icraçı direktoru Cəbi Bəhrəmov tarixi qələbə ilə bağlı Oxu.Az-la fikirlərini bölüşüb. Professor qeyd edib ki, 1918-ci il mayın 29-dək olan dövrdə ermənilər böyük dövlətlərin əlində bir ölüm aləti olaraq Osmanlı və Azərbaycan xalqına qarşı istifadə edilirdilər:

Oxşar xəbərlər
OTACI