Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

15 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı “Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsü Ə.D yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, həmin şəxsin marixuanadan istifadə etdiyi sübuta yetirilib.

Ə.D barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.

Oxşar xəbərlər
OTACI