Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Elektron Hökumət Portalı çökdü - MİDA-nın yeni mənzillərinin satışı dayandırıldı

15 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı başlayıb.

Ümumilikdə 18 binadan 815 mənzil satışa çıxarılıb.

Mənzil almaq istəyənlər tərəfindən 27696 elektron kabinet yaradılıb.

Mənzil almaq istəyən vətəndaşlar "online" qaydada müraciət etdikləri bir zamanda , bu dəfə e-gov.az saytının fəaliyyətində çətinlik yaranıb.

Vətəndaşlar hal-hazırda (saat 11:10) sayta daxil ola bilmirlər.

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışında ASAN login üzərində yüklülük nəticəsində texniki problem yaranıb.

Bunu Mənzil İnşaatı Dövlət Agentliyinin Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, mənzil seçimi ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək.

Oxşar xəbərlər
OTACI