First slide

Baş nazir yeni QƏRAR İMZALADI - Yanvarın 1-nə qədər...

14 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısına dəyişiklik edilib.

Press.az  xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpası ilə bağlı tikinti layihələrinin həyata keçirilməsi üçün həmin ərazilərdə yerləşən ümumi yayılmış faydalı qazıntı yataqları (tələb olunan faydalı qazıntı növləri və onların həcmi nəzərə alınmaqla) istifadəyə verildikdə və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə ayrılan yerin təki sahələri işğaldan azad edilmiş ərazilərdə yerləşdikdə yerin təki istifadəyə birbaşa danışıqlar yolu ilə veriləcək.

Bu, 2025-ci il yanvarın 1-dək qüvvədə olacaq.

Oxşar xəbərlər
OTACI