Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bağlanma nədir?

14 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bağlanma  –  valideyn və uşaq əlaqələri arasında açar rolunu oynayan bir qavramdır. John Boulbi tərəfindən açıq bir şəkildə ifadə edilən bağlanma körpənin qorxu, həyəcan və ya küskünlük bir vəziyyəti ilə qarşılaşdığında bir və daha artıq baxıcı ilə yaxınlıq qurması və bu yaxınlıqdan rahatlıq duyması şəklində ifadə olunur. Həmçinin narahatlıq verən vəziyyətlərdə daha da qabaran, uşağın baxıcı ilə yaxın olma istəyi duyduğu bir əlaqədir. Bu davranış toru da həyatı boyu ona təsir edir.

Mary Ainsworth da buna uyğun olaraq bağlanmanın 4 növünü qeyd etmişdir.

1) Güvənli bağlanma :məqsədyönlü bağlanma növüdür.Bu uşaqlar ana və atalarının və ya onları yetişdirən digər insanların yanlarında olduğunu, güvənini görüb və hiss etdikdə bu bağlanma yaranır. Bu bağlanma əlaqələrində valideynlər uşaqları ilə oyun  oynayır və yetərincə güvən verirlər. Beləliklə, uşaqlar mənfi duyğularını xaricə vura biləcəyini və kiminsə ona kömək edəcəyini öyrənir. Həmin uşaqlarda sağlam mənlik qavramı inkişaf edir, hiss etdiyi duyğuları dərk edir və yaxşı əlaqələr qururlar.Dürüstdürlər ,duyğularını asanlıqla ifadə edə bilirlər.Yaxınlıq qurmanın təbii bir hal olduğunu fikirləşir və bu zaman özlərini rahat hiss edirlər.

2) Narahat-güvənsiz bağlanma- Yox əgər valideynlər uşaqlarının ehtiyaclarını ara sıra ödəyərlərsə bu bağlanma tipi yaranır.Qoruma və baxım bəzən var,bəzən yoxdur. Uşaq ehtiyacı olduğunda valideynlərinin onun yanında olacağına güvənə bilmir. Buna görə uşaqda güvən hissi inkişaf edə bilmir. Pis bir vəziyyətdə valideynlərini yanında tapmayacağını düşündüyü üçün onlardan ayrılmaq istəmir. Sonda bu şəxslər möhtac, aqressiv və güvənsiz tiplər kimi formalaşır.Digər şəxsə qarşı bağlı biri olurlar.

3)Güvənsiz bağlanma- valideynlər uşağın ehtiyaclarını qəbul etməkdə və qarşılıq verməkdə çətinlik çəkir. Uşağı rahatlatmaqdansa onun hislərini görməzdən gəlir və gözləntilərinə qarşılıq vermir. Bu bağlanmada uşaq duyğularını basdırır və özünə güvənmənin ən yaxşısı olduğunu öyrənir.Körpə bu təsirsiz və maraqsız baxıcıya bağlanmaz və ondan ayrı qaldıqda narahat olmaz,görüşdükdə isə coşqulu bir sevinc yaşamaz.

4) Dağılan-güvənsiz bağlanma- Bu valideynlər uşaqlarını gülünc vəziyyətə salır,onlardan çəkinir ya da imtina edirlər. Bu davranışları sərgiləyən valideynlər psixi travması olan valideynlərdir. Uşaqları onlara yaxınlaşdıqda maraqlanmaq və qorumaq əvəzinə qorxur və narahatlıq səviyyələri artır.

Bağlanma pozuntuları:Bağlanma insan üçün təməl bir ehtiyacdır və təməli körpəlik,yeniyetməlik dövründəki qayğı və baxımdan asılıdır.Bu pozuntu klinik pozuntu kimi tanınmaqdadır. Reaktiv bağlanma pozuntusu uşaqlar üçün uyğun bir baxıcının olmadığı və yaxud sığınacaqda qalan uşaqlarda müşahidə olunmuşdur. Güvənli bağın olmaması səbəbindən uşaqlıq və yeniyetməlik dövrlərində qapalı,qorxaq, emosional cəhətdən çox həssas olurlar.Hətta həmin şəxslər özləri və basqalarının kədər və narahatlığını hiss etdikdə aqressivləşməyə başlayırlar.Digər araşdırmalara görə isə güvənli bağlanması olmayan şəxslərdə yeniyetməlik dövründə intihara meyl,özünə zərər vermə kimi hallar, yetkinlik dövrlərində isə panik pozuntu,obsessiv kompulsiv pozuntu,travma sonrasi stress pozuntusu kimi psixi pozuntuların olduğu müəyyən olunmuşdur.

İnsan həyatı üçün bağlılığın üç əsas və lazımlı funksiyası var:

  1. Dünyanı kəşf edərkən qayıda biləcəyi güvənli bir liman olma.
  2. Fizioloji ehtiyacları qarşılama.
  3. Həyata aid güvən duyğusu.

- Bağlılığın 1-ci mərhələsi - doğumdan 3 aya qədər olan müddətdə körpə ətrafındakı insanları tanıya və ayıra bilmir. Hərkəsə oxşar reaksiyalar verir. İnsan səsini dinləməyi, insan üzlərinə baxmağı sevir. Boulbi gülmə və ağlamanın bağlılığın ilk mərhələsi üçün çox əhəmiyyətli olduğunu söyləmişdir. 

- Bağlılığın 2-ci mərhələsi - bağlılığın ilk işarələri 3-cü aydan 6-cı aya qədər olan müddətdə özünü göstərir. Bu dövrdə körpə baxıcısını tanıyır. Onu digər insanlardan ayıra bilməsi və onlardan qorxmağa başlaması bu mərhələnin əsas xüsusiyyətidir.

- Bağlılığın 3-cü mərhələsi – (6 ay-3 yaş) körpənin “ayrılma narahatlığı” göstərməyə başlamasını əhatə edir. Körpə bağlılıq fiqurundan ayrı qalmaq istəməsə də, ətrafı kəşf etmək istədiyində anadan uzaqlaşa bilər. Lakin yüksək səs kimi qoxuducu siqnallar uşağın ətrafı kəşfetməkdən imtina edərək anası ilə fizioloji təmas qurma axtarışına gətirib çıxarır. Həmçinin uşaq yorğun və ya xəstə olduğunda ana ilə yaxın olma ehtiyacı, ətrafı kəşf etmə ehtiyacına üstün gəlir. Bir yaşından etibarən uşaqda ananın onun ehtiyaclarına cavab verib verməyəcəyinə dair ümumi fikir yaranmağa başlayır və beləliklə bağlılıq prosesi əhəmiyyətli bir mərhələni bitirmiş sayılır. Bağlılığın özünü tam olaraq göstərdiyi dövr isə 6-24 ay arasıdır.

- Bağlılığın 4-cü mərhələsi. (3 yaş –uşaqlığın sonu). Uşaq artıq baxıcısının plan və niyyətlərini, nə səbəbə onu tək buraxdığını anlayır. Şübhəsiz, tək qalma, insan yaşamının böyük qorxularından biridir. Boulbi ayrılmanın təsirlərinə xüsusi əhəmiyyət vermişdir. Ayrılıq uzun müddətli deyilsə, bir müddət sonra ana ilə sıx əlaqə yenidən qurulur. Lakin əks-təqdirdə uşağın bütün insanlardan ümidini kəsməsi və böyüdükdə də başqa insanlarla əlaqələr yarada bilməməsi təhlükəsi ortaya çıxır. Bu cür insanlar başqalarını öz məqsədlərini reallaşdırmaq üçün istifadə edir, onları sevmirlər.         

Psixoloq Səfərli Süsən

Oxşar xəbərlər
OTACI