First slide

Bu taksilərdə qiymət artdı

14 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sabah Azərbaycanda yeni tədris ili başlayır. Bu səbəbdən də paytaxtda təhsil alan tələbələr və şagirdlər regionlardan paytaxta qayıdırlar. Paytaxta taksi ilə qayıdan bəzi vətəndaşlar gedişhaqqının qalxmasından gileylənirlər.

Press.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, taksilərdə qiymətlərə nəzarət olunmur.

"Taksilərdə qiymətlərin süni şəkildə qaldırılması ilk dəfə deyil. Belə ki, hazırda rayonlardan paytaxta qayıdanların sayında artım var. Bu da tezliklə yeni tədris ilinin başlayacağı ilə bağlıdır. Bundan istifadə edən bəzi taksi sürücüləri qiymətləri qaldırırlar. Onlara heç bir qurum nəzarət etmir", - o deyib.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına əsasən də taksilərdə vahid tarif tətbiq olunmur.

Oxşar xəbərlər
OTACI