Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ" ölkədəki vəziyyətə görə həvəslə oynayacaq" - Antuan Kombuare

14 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Nant"ın baş məşqçisi Anutan Kombuare Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"la Bakıdakı oyundan öncə mətbuat konfransı təşkil edib.

Press.az xəbər verir ki, mütəxəssis sabah yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini deyib:

“Təhlükə hər zaman var. Yaxşı komanda olduğumuzu sübut etməliyik. Bunun üzərində işləyirik. Heç vaxt azarkeşin matçı qazandığını görməmişəm. "Qarabağ"ın məşhur komanda olduğunu bilirik. Onlar ölkədəki vəziyyətə görə həvəslə oynayacaqlar. Biz də yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. Liqa 1 və Avropa Liqası arasında fərq qoymuruq". 

Kombuare “Qarabağ”ı yaxşı analiz etdiklərini bildirib: "Qarabağ"ın əvvəlki matçlarını izləmişik. Rəqibin avrokuboklarda nə qədər təcrübəyə malik olduğunu bilirik. Onlar asanlıqla hücuma keçirlər. Bunun üçün hazırlıq görmüşük. Rəqibin hücumlarının qarşısını almağa çalışacağıq. Buraya yaxşı oyuna görə gəlmişik. "Qarabağ" motivasiyalı olacaq. Bunu bilirik. Sadəcə, oyunumuzu keçirib evimizə qayıdacağıq. Ard-arda matçlarımız var, istirahət edə bilmirik. Amma hər bir oyunçunun qarşısında həvəslə və tam güclə oynamaq tapşırığı qoymuşam. Əlimizdən gələni etməli, bütün gücümüzü qoymalıyıq”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Nant” qarşılaşması saat 20:45-də başlayacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI