First slide

Ceyhun Bayramov: "Azərbaycan Ermənistana birtərəfli qaydada humanitar atəşkəs təklif edib"

14 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş keçirilib.

Press.az XİN-ə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan və Rusiya ikitərəfli əməkdaşlıq gündəliyinin humanitar və mədəniyyət sahələri üzrə fikir mübadiləsi aparıb, ikitərəfli və regional əsaslarda müvafiq tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə edilib.

C.Bayramov həmçinin Ermənistanın təxribatları nəticəsində bölgədə yaranmış gərginlik barədə qarşı tərəfə məlumat verib. Azərbaycanın Ermənistana birtərəfli qaydada humanitar atəşkəs təklif etdiyi, vəziyyətin gərginləşməsinin və sabitliyin pozulmasının ölkəmizin marağında olmadığını diqqətə çatdırıb.

M.Şvıdkoy öz növbəsində toqquşmaların dayanacağına ümidvar olduğunu bildirib. Humanitar və mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrinin inkişafına, etimad quruculuğu tədbirlərinə dəstək göstərməyə daim hazır olduğunu qeyd edib.

Görüş zamanı digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
OTACI